Reklam verin!

Blog Haqqında

headway
Blog-u yaratmaqda əsas məqsədim Qarabağ həqiqətlərindən xəbərsiz olan ictimai kütləni maarifləndirmək və bu maarifçilik ideyalarına bir az siyasi yönüm verməkdir. Belə ki, gənc olaraq başa düşməliyik ki, artıq bu problemin həlli bizim çiyinlərimizə yəni öhdəliyimizə düşür. Ona görə də bu sahədə yetərli məlumatlı olmağımız bizim üçün ən önəmli vəzifədir.
Hörmətlə: Elvin Məmmədov

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Qarabagimizi qaytara bilerikmi?




Sayqaç

  • İndi blogda: 11
  • Keçən ayın hiti: 1972
  • Dünənki hit: 60
  • Bugünki hit: 42
  • Ümumi hit: 23457

Müxtəlif

Azərbaycan həqiqətləri

Hər şey vətən üçün

Dağlıq Qarabağın tarixi keçmişi,danılmaz faktları (erməni mənbələrində) /(Aygun Semedzade bu blogun inkishafinda yardimina gore blogun fexri qonaghi adina layiq gorulur)

headway Fevral 5, 2008 14:52

  Dağlıq Qarabağın tarixi keçmişi,danılmaz faktları

(erməni mənbələrində)

Dağlıq Qarabağın tarixi keçmişinə nəzər saldıqda müəyyən olur ki, bu ərazi Azərbaycan adlı bir məmləkətin əzəli və əbədi torpaqlarıdır. Belə ki, Urartu mənbələrində Qarabağın qərb hissəsi Urtex-Urtexini adlandırılmışdır. Bu ərazinin sonrakı adı olan Artsax Urtexidən əmələ gəlmişdir. Artsax isə bu ərazinin erməni adı deyil, ehtimal ki, Artsax İran mənşəlidir və dünyanın qərb hissəsi deməkdir. Yerli mənbələrdə bu ərazi Albaniyanın ərazisi kimi göstərilir, əhalisi isə utilər, sodilər, aynianlar olduqları təsdiqlənir. Hətta Udinlər özləri I Pyotrun adına göndərdikləri məlum məktubda yazırdılar, "biz ağqanlarıq və milliyyət etibarı ilə utilərik". A.C.Mnatsakanyan öz əsərlərində belə göstərir ki, udinlər erməni tayfalarından biridir və onların doğma dili hox qədim zamandan bəri erməni dili olmuşdur. Bu problemin böyük bilicisi İ.M.Dyakonov belə hesab edir ki, "qədim erməni dili Ermənistan yaylasının yerli əhalisinin dillərinə qohum olmadığından ... aydındır ki, o dil buraya kənardan gətirilmişdir". Başqa bir yerdə o yazır ki, erməni dilinin əcdadının ilkin daşıyıcıları Ermənistan yaylasına sinfi cəmiyyət tanımayan, yardımçı əkinçiliyi olan səyyar maldarlar kimi gəlmişlər. Mənbələrdə gəstərilir ki, ermənilər bu ərazilərə Zaqafqaziya Artaksiyanın və Zondiyanın işğalçılıq müharibələri dövründən sonra yəni b.e.ə. II əsrdən sonra gələ bilərdilər. Əlbəttə erməni etnosu bu ərazilərdə əmələ gəlməmişdir. Onlar Yuxarı Fərad vadisi zonasında, təxminən b.e.ə. I minilliyin I yarısında təşəkkül tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alsaq bu nəticəyə gəlmək olar ki, sözü gedən dövrdə Artsaxın əhalisi albanlar, ərazisi isə alban torpaqlarıdır. Bu faktı Leo, S.T.Yeremyan, A.Q.Sukiasyan təsdiq edir və yazırlar ki, Albaniyanın Sag sahili - Artsax və Utik vilayətləri əsl alban torpaqlarıdır. I əsrin əvvələrində roma-sasani müharibələri dövründə Albaniya öz müstəqilliyini qoruyub saxlamışdır. Bu məharibələr dövründə Qarabağın ərazisi etnik və siyasi cəhətdən suveren Albaniya çarlığının ubiya-alban hissəsi olaraq qalmışdır. Bu ərazinin müstəmləkələşdirilməsi və erməniləşdirilməsi daha sonrakı hadisədir. İndiki Dağlıq Qarabağın erməni feodalları tərəfindən işğalı haqqında akad. İ.A.Orbelidə yazmışdır. Əhalisinin "erməniləşməsi" haqqında isə akad. S.T.Yeremyan yazmışdır. Dağlıq Qarabağın ərazisi siyasi cəhətdən I əsrdə tamamilə alban ərşaqidlərinə, VII-VIII əsrlərdə isə böyük knyazlara miranidlərə tabe idi. VIII əsrdə ərəb işğalının nəticəsində alban çarlığı süqut etdi. Bu dövrun, erməni kilsəsinin fəal iştirakçısı olduğu faciəli hadisələri alban etnosunun tədricən pozulmasının və Dağlıq Qarabağ ərazisinin əhalisinin bir hissəsinin qriqorianlaşdırılmasının, sonralar isə hətta erməniləşdirilməsinin başlanğıcını qoymuşdur. Lakin alban etnosu yaşayırdı, hətta IX əsrdə Albaniya çarlığı qismən, özü də Artsaxın ərazisində bərpa edilmişdir. XII-XIII əsrlərdə Artsax və Utiyə zonasında "Qədim Albaniyanın bir hissəsi olmuş Xaçın knyazlığının ucaldığını akad. İ.A.Orbelidə təsdiqləyir. Hökmdarı həmçinin "Albaniyanın çarı" Albaniyanın ucrqarlarının sahibi adlanan bu knyazlığın parlaq inkişafı Həsən Cəlalın (1215-1261) vaxtına təsadüf edir. Məhz onun vaxtında sonralar "Albaniyanın paytaxt kilsəsinə çevrilmiş Qonzasar monastır kompleksi tikilmişdir. Orta əsrlər dövründə Dağlıq Qarabağ zonası Qarabağ bəylərbəyliyinin tərkibinə daxil idi. Sonralar XVIII-XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibinə daxil olmuşdur. Dağlıq Qarabağın sonradan əhalisinin bir qisminin erməniləşdirilməsini erməni məəllifi S.T.Yeremyan da təsdiq edir. II rus-iran məharibəsi dövründə (1826-1828) rus ordusunun qələbəsinin heç bir şübhə doğurmadığı bir vaxtda X.B.Lazarev çar hökumətinə bir layihə təqdim etmişdir. Həmin layihəyə uyğun olaraq 1828-ıi il martın 21-də I Nikolayın fərmanı ilə "Erməni vilayəti" adı altında bir inzibati vahid yaradıldı. Rusiya ilə İran arasında imzalanmış Tərkmənçay müqaviləsinə əsasən ermənilər bu ərazilərə sərbəst gəlib məskunlaşa bilərdilər. Həmin vaxtlarda Qarabağda əsl Azərbycanlı əhali heç bir şübhə olmadan erməni əhalisi deyiləndən xeyli çox idi. 1810-cu ilin rəsmi məlumatına gərə "Qarabağ vilayətində" 12000 ailəlik əhali olmuşdur. Bunların içərisində də 2500 erməni ailəsi var idi. Bu məlumat 1979-cu il Yerevanda nəşr olunmuş "Присоединение васточной Армении к России" (I сild. s.562) təsdiq olunur. Qarabağın erməni məliklərinə gəldikdə isə onlar əslində dünənki albanlar idilər. Qarabağ məliklərinin soy adlarından heç biri əslzadə (naxarar ) erməni nəsillərinə gedib çıxmır. Onlar öz mənşəyi etibarilə erməni olmayan yerli feodallar idi. Hələ XIX əsrin I rübünün sonunda Qarabağda ermənilər mətləq azlığı təşkil edirdilər. "Qarabağ əyalətinin" 1823-cü ildə həqiqi statski müşavir Maqilyovski və palkovnik Yermolov təfindən tərtib edilmiş təsvirinin Tiflis 1866-cı il məlumatına gərə Qarabağ xanlığında 90.000 sakin olmuş bir şəhər və 600-dən bir qədər artıq kənd mövcud olmuşdur ki, bunlardan da cəmisi 150-si erməni kəndi idi. Şuşada azərbaycanlılardan və 474 ermənidən ibarət təxminən 1048, kəndlərdə isə müvafiq olaraq 12,902, və 43,311 əhali yaşamışdır. Bütün bunlar da Nadir şah (XVIII əsrin 30 illərində) İranın Xorasan vilayətinə köçürülmüş, Qarabağın azərbaycanlı elatlarına amansız divan tutulduqdan sonra bu cür olmuşdur. Yuxardakı faktları V.İşxanyan da təsdiqləyir. Beləki o, "Народности Кавказа" (Petroqrad,1916-ıı il) əsərində yazırdı. Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi oborigenlərdirlər, qədim albanların nəsilləridir. Onlar üçün Azərbaycan torpağı təqiblərdən və təhdidlərdən qorunmaq üçün sığınacaq olmuşdur. 1978-ci ildə keçmiş Mardakertdə ermənilərin Azərbaycanın bu rayonuna köçürülməsinin 150 illiyi münasibətilə abidə qoyulmuşdur.

 

Rövşən Allahverdiyev

 ₪ Sənədin sonuncu korrektə tarixi: 27/9/2006 - 6:38:18

Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Şərhlər(0) Baxış sayı:82 Fevral 5, 2008 14:52 dağlıq qarabağın tarixi keçmişi,danılmaz faktları 

Dağlıq Qarabağın tarixi – siyasi mənzərəsi: milli – etnik münaqişənin kökləri (materialin gonderilmesine gore Aygun Semedzadeye oz adimdan ve oxucularin adindan minnetdarlighimi bildirirem)

headway Fevral 5, 2008 14:44

 

Dağlıq Qarabağın tarixi – siyasi mənzərəsi:
milli – etnik münaqişənin kökləri

 

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Ərazisi 4,4 kv.km yaxud
Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edir. Vilayətin tərkibinə
Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə,Martuni və Şuşa inzibati rayonları daxildir.
Tarixən Albaniyanın (Arranın), Qarabağ   xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin,
Azərbaycan Sovet Respublikasının və Azərbaycan Respublikasının tərkib hissəsi olmuş,
Azərbaycanın «musiqi akademiyası» kimi məşhur  olmuşdur. Azərbaycan xalqının ən böyük və ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olmuş, öz təbiətinin gözəlliyinə, təbii sərvətlərin zənginliyinə, iqliminin mülayimliyinə görə tarixən bir çox cahangirlərin diqqətini özünə cəlb etmiş, dünyanın məşhur adamları Qafqazın bu dilbər
guşəsi haqqında xoş sözlər söyləmişlər.Lakin yenidənqurma küləkləri bu yerlərdən də
yan keçmədi. Həm də bu küləklər adi küləklər deyildi, onlar yavaş – yavaş əsib tufana
çevrildi və qarşısına gələn hər şeyi  süpürüb atdı. Bu tufanın aparıcı qüvvəsi – erməni millətçiliyi, qurbanı isə Azərbaycanlılar oldu...
Aralıq dənizi ətrafı və Şimali Afrika ilə birlikdə bəşəriyyətin ulu əcdadlarının mövcud
olduğu zonaya Qarabağ da aid edilir. Kür və Araz çayları arasında olan Qarabağda həyat qədim daş dövründən başlayaraq fasiləsiz davam etmişdir. Bunu ölkə ərazisində ən qədim insan məskəni olan Azıx mağarasında aşkar edilmiş maddi mədəniyyət nümunələri sübut edir. Burada sosial varlıq kimi formalaşan insan nəsli ictimai əmək prosesində ovçuluq və yığıcılıqla güzarankeçirmiş, sonralar toplandığı dənli bitkiləri əkməyə, ovladığı heyvanı əhilləşdirib saxlamaqla artırmağa başlamışlar. Qafqaz Albaniyasının tarixini öyrənmədən
Qafqazın, eləcə də bütünlükdə Yaxın Şərqin qədim və ilkin orta əsrlər tarixini təsəvvür
etmək mümkün deyildir. Qafqaz Albaniyası qədim mədəniyyəti və dövləti olan ölkədir. Albaniya həm coğrafi, həm də siyasi anlayış idi. Albaniya dövlətinin mövcud olduğu dövr həm şimali Azərbaycanın, Qafqazın, Yaxın Şərqin tarixində mühüm mərhələdir, çünki Albaniya dünyanın ən qədim dövlətlərindən, albanlar isə tarixi şimali – Azərbaycan və Qafqaz regionunun antik və erkən orta əsrlər mədəniyyətinin əsas yaradıcılarından biridir.
Albaniyada xristianlıq qəbul edilməzdən və  hakim dinə çevrilməzdən qabaq da xalqın öz
yazısı olmuş və ölkədəki müxtəlif dilli qəbilə və tayfalar bir – birlərilə alban dilində ünsiyyət saxlamışlar. Sasanilərlə rəsmi yazışma fars dilində aparılmışdır.Ticarət dili kimi arami (Suriya) dilindən istifadə olunmuşdur. Lakin fars və arami (Suriya) dilləri
silki sinfi dillər idi. Yazılı mənbələrin V – VIII əsr erməni müəlliflərinin və VII – VIII əsr alban tarixçisi Musa Kalankatlının məlumatına görə I – VII əsrlərdə Albaniyanın ərazisi şimalda Qafqaz dağlarının cənubunda Araz çayınadək, qərbdə İberiyadan şərqdə Xəzər dənizinədək uzanırdı. Bütün Albaniya ərazisi təbii sərhədlərlə bir çox rayonlara ayrılmışdı.
İnzibati bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara)
bölünür. Kürün sol sahilində yerləşən (solsahil) Albaniya ərazisi inzibati cəhətdən yalnız
havarlara bölünürdü. Burada bölgü (sağsahil) Albaniyasına nisbətən az inkişaf etmişdi.
Arsax (erməni müəlliflərində) tarixi vilayəti, Orxistepa (antik müəlliflərdə) sağsahil
Albaniyanın ən mühüm vilayətin biri olmuş (hazırda Qarabağın dağlıq hissəsinin və mil
düzünün bir hissəsi), süni suvarmada istifadə edilən əkinçiliyin yüksək inkişafı ilə
fərqlənir. Əhalisi maldarlıqla, quşçuluqla, arıçılıvqla məşğul olur, xırda və iribuynuzlu
mal – qara saxlayırdı. Arsax – Qarabağ cins atları xüsusi şöhrət qazanmışdı. Əyalətin
əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və bassilər təşkil edirdi. Arsax siyasi baxımdan I – VI əsrlərdə alban arşakilərinin, VI – VIII əsrlərdə isə Albaniyanın böyük knyazları – mehranilərin hakimiyyəti altında olmuşdur. Xristianlığın qəbul edilməsinə qədər Arsaxda əhali bütpərəst idi. Xristianlıq Albaniyada dövlət dini olandan sonra bu din Arsaxda da sürətlə yayılmaba başlamışdır. Arsaxda bütpərəstliyin kökünün kəsilməsində
və xristianlığın təşəkkül tapmasında alban hökmdarı III Vaçaqanın xidməti böyükdür.
Siyasi və dini məsələlərdə Albaniyada Arsaxın təsiri böyük idi. Arsaxda bir neçə yepiskopluq yaranmışdı. VII əsrdə ərəblər Albaniyada Mehranilər hakimiyyətini ləğv etdilər və Arsax Albaniyanın tərkibində Əməvilər xilafətinə daxil oldu. IX əsrdə Qriqori Hamama parçalanmış Albaniya dövlətini bərpa edəndə Arsax da Albaniyanın tərkibində idi.
Qriqori Hamamanın ölümündən sonra Arsax vilayət Uti əyaləti ilə birlikdə onun oğlu
Qriqori Hamamanın – Saakın (Sevad) hakimiyyəti  altına keçmişdir. Saakın hakimiyyəti isə XIəsrə qədər davam etmişdir. XII – XIII əsrlərdə Arsaxda Xaçın knyazlığı yüksəliş tapdı ki, onun da hakimi «alban çarı» adı ilə tanınan Həsən Cəlal idi. Xaçın knyazlığı XIII
əsrdə monqol qoşunlarının zərbələri altında süqut etmişdir.
Arsax əhalisi ərəb işğalından sonra da xristianlığı qoruyub saxlamışdır. Erməni
kilsəsi ilə ehkam birliyini (monofizitliyi) qoruyub saxlayan Arsax əhalisi ərəb xilafətinin və
erməni kilsəsinin səyi ilə tədricən qriqorianlaşmış, sonralar erməni dilini və «erməni mədəniyyətini» qəbul etmiş başqa sözlə desək erməniləşmişlər. Əslində bu, X
əsrdən sonra başlamış – mədəni – ideoloci assimilyasiya idi. Bu proses sonralar da davam etmişdir. Qarabağ tarixi – etnoqrafik əyalət kimi əvvəlcə Alban dövlətinin tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə Ərəb xilafətinin əsarəti altına düşmüş,
ərəb imperiyasının süqutundan sonra IX – X əsrlərdə Saçilər dövlətinin, X əsrdə
Salarilər, XI – XII əsrlərdə Şəddadilər, XII – XIII əsrlərdə Atabəy Eldəgizlər, XIII əsrin
ikinci yarısından XVI əsrə qədr Hülakilər (Elxanilər) dövlətlərinin, XV əsrdə Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olmuşdur.
Səfəvilər dövləti – Qarabağ tarixi – etnoqrafik əyalətinin ərazisini əhatə edən
mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyini yaratdı. Bəylərbəyliyin şimal
sərhədi Gürcüstanın Simxet dağlarına çatırdı. 1736-cı ildə Nadir şah onun əleyhinə
çıxış edən Gəncə xan sülaləsini – Ziyadoğlulları cəzalandırmaq üçün Qazax və
Borçalı mahalını Qarabağ Bəylərbəyliyindən alıb Gürcüstana verdi. Mənbələrdən aydın olur
ki, Şəddadilər dövləti bütünlükdə Qarabağ bəylərbəyliyinin ərazisini əhatə etmişdir.
Görünür, ayrı – ayrı dövrlərdə Azərbaycanın dövlət və inzibati əyalət

sərhədləri dəyişsə də özünəməxsus maddi, təsərrüfat və mənəvi mədəniyyəti ilə
xarakterizə olunan Qarabağ bir etnoqrafik əyalət  kimi öz inkişafını – fasiləsiz olaraq davam etdirmişdir. 

XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə – xanlıqlara
parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları
yarandı. Qarabağ Azərbaycanın müxtəlif dövlətlərinin tərkibində olaraq dövrün inzibati bölgüsü çərçivəsində sərhəddini hərdən qismən dəyişsə də özünün ənənəvi təsərrüfatının, maddi və mənəvi  mədəniyyətinin xüsusiyyətlərini yaratmışdır. XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı feodal dövlətinin yaranması onun öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi iqtisadi, siyasi və mədəni tədbirlər Qarabağ tarixi – etnoqrafik əyalətinin sosial – iqtisadi həyatında hərtərəfli yüksəlişə, tərəqqiyə səbəb olmuşdu.
Xanlıq cənub – şərqdən Kür – Araz çayları qovşağı, cənubdan Arax çayı qərbdən
Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağları ilə Göyçə gölə qədər
uzanmış, şimaldan Koran – Kür sayı ilə sərhədlənmişdi. Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi – Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbird, xırdapara Dizax, Otuziki, İyirmidörd,  Qaraçorlu, Vərənd, Dizax və Açantürk. On ikimahalın əhalisi bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət idi. Dizax, Vərənd, Çiləbird, Xaçın, Talış məlikliyi xəmsə adlanırdı. Bunların əhalisinin bir hissəsi xristian idi. Qarabağ özünün maddi və mənəvi
mədəniyyətinin bütün komponentləri ilə tamamilə Azərbaycan xalqına məxsus idi. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki, Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus
çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və
suvarma mədəniyyəti yaranmışdı. Mənəvi mədəniyyətinin ən mühüm sahələrində də tarixən Qarabağ spesifik xüsusiyyətlərə malik olmuşdur. Hələ XVII – XVVIII əsrlərdə Azərbaycan ədəbi dilində ahəng  qanunu məhz Qarabağ dialektinin təsiri ilə ardıcıllaşır. Qarabağ şairlərini birləşdirən «Məclisi – üns» və «Məclisi – faramuş» öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə hətta bütün Şərqdə məşhur idi. Qarabağın baş şəhəri olan Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur.Ermənilərin Qarabağla əlaqəsi və onların burada məskunlaşmağa can atması müxtəlif dövrlərdə Azərbaycanın işğalı zamanı onların yadellilərə göstərdiyi tarixi xidmətləri və dini etiqadları ilə bağlı olmuşdur.

 

  Rəhim Qurbanov

Sənədin sonuncu korrektə tarixi: 27/9/2006 -
6:38:0

Şərhlər(0) Baxış sayı:101 Fevral 5, 2008 14:44 dağlıq qarabağın tarixi  siyasi 

  Yazılar cəmi: 2   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com