Dağlıq Qarabağ münaqişəsinin mənşəyi
headway Dekabr 28, 2007 15:38Azərbaycan K (b) P MK katibi...
M.C. Bağırova
Sov. İKP-nin partiya tarixi arxivindən 1945-ci ildə Mərkəzi Komitəinin təsir vasitələrindən istifadə edərək, Ermənistanın Dağlıq Qarabağı öz tərkibinə daxil etmək cəhdlərini əks etdirən sənədləri oxucuların diqqətinə çatdırırıq.
Dağlıq Qarabağ münaqişəsinin mənşəyi
«Qarabağ» sülh çağırışı layihəsinin İşçi qrupu uzun illərdən bəri apardıqları tədqiqatın nəticəsində bu qənaətə gəlib ki, Dağlıq Qarabağ etnik zəmində deyil, ərazi iddiası zəminidə baş vermiş münaqişədir. Bu amilin nəzərə alınmaması nəticə etibarı ilə münaqişəyə yanlış münasibətin yaranmasına gətirib çıxarıb, bu da öz növbəsində belə bir fikir formalaşdırıb ki, Dağılq Qarabağ erməniləri ilə azərbaycanıların bir yerdə yaşaması mümkün deyil. Əslindlə isə Dağlıq Qarabağ erməniləri ilə azərbaycanlılar arasında etnik zəmində qarşıdurma movcud olmadığından, adi məntiqə görə, onların bir yerdə yaşamasında da ciddi problemlər olmamalıdır və tarixən də olmayıb.
Heç şübhəsiz arada böyük qanlar tökülüb. Bəraəti mümkün olmayan cinayətlər baş verib. Adamlar bir - birindən yz döndəriblər. Amma yenə də son nəticədə ermənilərlə azərbaycanlılar çox asanlıqla qaynayb qarşıblar, qız verib, qız alıblar, qohumluq əlaqələri qurublar.
Ermənilərlə azərbaycanılar arasında düşmənçilik toxumu səpənlər bunu çox yaxşı anlayırlar. Ona görə də onlar indi var qüvvələri ilə münaqişəni etnik zəminə keçirməyə çalışırlar. Amma hələ ki, heç nə alınmır. Dağlıq Qarabağ ermənidləri ilə azərbaycanlılar münaqişə zonasından qıraqda bir - biri ilə sıx əlaqə saxlayır, öz məişət qayğılarını birgə həll edir, xeyir - şərlərini birlikdə yola verirlər.
Bu da təsadüfi deyil. Əslində bütün Qafqaz xalqları kimi, ermənilərlə azərbaycanlılar da eyni mədəni köklərdən gələn xalqlardır. Hər iki xalq arasında təkcə qonşuluq deyil, həm də milli, dini, mədəni əlaqələrin olduğunu müzakirə mövzusnua çevirmək heç də çətin məsələ deyil. Amma bunun üçün mühit lazımdır.
Elə bilirəm, nə qədər ki, münaqişənin həlli ilə məhğul olan bütün qurumlar - istər byenələxalq, isətər siyasi, eləcə də qeyri - hökumət təşkilatı - münaqişənin hansı zəmində baş verdiyini aydınlaşdıra bilməyibəlr, belə bir mühiti yaratmaq mümkün olmayacaq.
Biz öz mövqeyimizin ədalətli olduğuna inandığımızdan Dağlıq Qarabağ ətrafında baş verən tarixi faktları «Qarabağ» sülh çağırışı» saytında oxucularla birlikdə nəzərdən keçirmək qərarına gəlmişik.
Belə faktlardan biri də 1945-ci ildə «DQMV-nin Ermənistanın tərkibinə verilməsi xahişi ilə Moskvaya - MK-ya müraciət etmiş Ermənistanın o vaxtkı rəhbərinin müraciəti, həmin müraciətlə əlaqədar Malenkovun məktubu və məktuba Azərbaycan K (b) P MK - nin katibi M. C. Bağırovun cavabı» dır.
Sənəd azeri.ru saytından götürülüb.
Rasət PİRİSOYU
(yazıçı - publisit, layihənin koordinatoru)
Azərbaycan K (b) P MK katibi yoldaş M.C. Bağırova
Ermənistan K (b) P MK katibi Arutyunov yol. ÜK (b) P MK-nın müzakirəsinə indi Azərbaycan SSR tərkibinə daxil olan Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə daxil edilməsi barədə təklif vermişdir.
Bu məsələ ilə əlaqədar yoldaş Arutyunov öz məktubunda yazır: «Ermənistanla həmsərhəd olan Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-in tərkibindədir. Bu vilayətin əhalisi əsasən ermənilərdən ibarətdir. 153 min əhalidən 137 mini Ermənistanın dağlıq hissəsi ilə eynidir. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına kömək edər və təsərrüfata rəhbərliyi yaxşılaşdırardı. Əhaliyə mədəni-kütləvi və siyasi xidmət göstərilməsi Ermənistanın respublika orqanlarının rəhbərliyi ilə daha da güclənərdi.
Dağlıq Qarabağ vilayətinin Ermənistana daxil edilməsi yerli əhaliyə ali təhsilini Ermənistanın ali məktəblərində ana dilində davam etdirmək imkanı verərdi. Digər tərəfdən, Ermənistan SSR-in Dağlıq Qarabağdan olan ixtisalı kadrlar almaq imkanı olardı.
Bütün bunlardan çıxış edərək və Dağlıq Qarabağ əhalisinin arzusunu nəzərə alaraq, Ermənnistan Mərkəzi Komitəsi və Xalq Komissarları Soveti Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti şəklində Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələni ÜK(b) P MK-nın və İttifaq hökumətinin müzakirəsinə təklif edir.
Bu məsələnin müsbət həll ediləcəyi təqdirdə Ermənistan MK və Xalq Komissarları Soveti Qarabağın keçmiş mərkəzi kimi sovet hakimiyyəti qurulandan qabaq dağıdılmış Şuşa şəhərinin bərpası təklifi ilə hökumət qarşısında məsələ qaldıracaq».
Ermənistan K(b) P MK-nın təklifi barədə fikrinizi bildirin.
ÜK (b) P MK katibi
Malenkov.
HP 17
ÜK (b) P MK-də … baxılmasını xahiş edirik.
Yoldaş Malenkova
Ermənistan K (b) P MK katibi yol. Arutynovun Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə təklifi ilə əlaqədar teleqramınıza cavab olaraq bildirirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan mərkəzi 1747-ci ildən Pənah xan Qarabağlı tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibinə daxil olmuşdur.
1826-ci ildə Qarabağ çar Rusiyasına birləşdirildi. Nəticədə indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Elizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı uyezdlərinin tərkibinə daxil edildi. Azərbaycanda müsavatçıların və Ermənistanda daşnakların ağalıq etdiyi 1918-1920-ci illərdə bütün Qarabağ ərazisində müsavat hakimiyyəti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan Qarabağ general-qubernatorluğu yaradılmışdır.
Müsavatçilar və daşnaklar tərəfindən təşkil edilmiş millətlərarası qırğın nəticəsində Azərbaycanın və Ermənistanın bir çox digər şəhərləri kimi Şuşa da dağıdılmış və xarabazarlığa çevrilmişdi.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra ilk vaxtlarda bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət inqlab komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın daha çox ermənilər yaşayan dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi barədə məsələ qaldırıldı. Lakin bu ərazinin Ermmənistan SSR-lə ümumi sərhəddi olmadığına və ondan istisnasız olaraq azərbaycanlar yaşayan Qubadlı, Laçın, Kəlbəcər və Dəstafür rayonları ilə ayrıldığına görə partiya orqanlarının göstərişi əsasında, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü tarixli dekreti ilə mərkəzi balaca bir yer olan Xankəndi, indiki Stepanakerd şəhəri olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR-ə heç vaxt daxil olmamış və daxil deyildir.
Azərbaycanda Sovet Hakimiyyəti Dövründə Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı üzrə böyük iş görülmüşdür. Bunun parlaq nümunalərindən bir DQMV-nin mərkəzi - atılmış və dagıdılmış kənddən Azərbaycanın gözəl, abad və mədəni şəhərinə çevrilmiş Stepanakert şəhəridir.
Azərbaycan SSR-in bütün ali təhsil müəssisələri və texnikumlarında təhsil alan 20,5 faiz erməni tələbələrini əksəriyyəti Dağlıq Qarabağ vilayətindəndir.
Dağlıq Qarabağdan olan bir çox yoldaşlar respublikada rəhbər partiya, Sovet, təsərrüfat orqanlarında çalışırlar: Azərbaycan MK və BK (b) katiblərinin müavinləri, Xalq Komissarları, Xalq Komissarlarının müavinləri və s. və i.
Buna baxmayaraq, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə etiraz etmirik, ancaq Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik, baxmayarq ki, Dağlıq Qarabağ Muxtar Vilayətinə daxildir, lakin indiyə gədər də əhalisi əsasən azərbaycanlılardır.
Şuşa şəhəri əsası qoyulan vaxtdan bəri nəyinki Qarabağın inzibati-siyasi və mədəni mərkəzinə çevrilmiş, eyni zamanda Azərbaycan xalqının öz müstəqilliyi uğrunda fars işgalçılarına qarşı mübarizəsində müstəsna rol oynamışdır. Qaniçən işgalçilardan biri, Zaqafqaziya xalqlarının cəlladı, fars şahı Ağa Məhəmməd Şah Qacar azərbaycanlılar tərəfindən Şuşada öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmış, İbrahim xan, Vaqif, Natəvan və başqaları kimi qörkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.
Eyni zamanda ÜK (b) P MK-nın nəzərinə çatdırılmasını zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə məsələyə baxılarkən həm də Ermənistan SSR-in Azərbaycan Respublikası ilə həmsərhəd olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağdar rayonlarının da Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən həddən artıq geridə qalmasını nəzərə alsaq, onların Azərbaycana verilməsi əhaliyə maddi-məişət və mədəni- siyasi xidməti yaxşılaşdırardı.
Yuxarıda göstərilənlərdən başqa ÜK(b)P Mk-dan aşağıdakı məsələlərə də xahiş edirik:
Gürcüstandan olan yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi barədə məsələ qaldırırlar.
Baxmayarq ki, həmin rayonların ümumi sayı 79 min nəfər olan əhalisindən yalnız 9 mini gürcü-ingiloyldu, biz bu məsələyə baxılmasının əleyihinə deyilik, amma bir şərtlə ki, eyni zamanda Gürcüstan SSR-in demək olar ki, tamamilə azərbaycanlılar yaşayan və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun da Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılsın.
Və nəhayət, biz xahiş edirik ki, keçmişdə Azərbaycanın bir hissəsi və Bakı quberniyasının tərkibinə daxil olan, indi Dağıstan SSR-in Azərbaycan SSR-ə bitişik Dərbən və Qasımkənd rayonlarının ərazisinin də Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsi də müzakirə edilsin. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir və ilin çox hissəsini Azərbaycan ərazisində keçirirlər.
Qaldırılan bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə maraqlı respublikaların hər birindən nümayəndələrin daxil oldugu ÜK(b)P MK-nın komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərbaycan K(b) P MK katibi
M.C.Bağırov
10 dekabr 1945-ci il
№330
Materialı «AzerRos»qəzetinin
oktyabr sayından götürərək
Abdul Hüseynov hazılamışdır.
F.№1. op, № 169. iş № 249
Moskvada 18 - 1945
Mənbə: http://karabakh.info.az/articles/71/1/ (sayt)
