Reklam verin!

Blog Haqqında

headway
Blog-u yaratmaqda əsas məqsədim Qarabağ həqiqətlərindən xəbərsiz olan ictimai kütləni maarifləndirmək və bu maarifçilik ideyalarına bir az siyasi yönüm verməkdir. Belə ki, gənc olaraq başa düşməliyik ki, artıq bu problemin həlli bizim çiyinlərimizə yəni öhdəliyimizə düşür. Ona görə də bu sahədə yetərli məlumatlı olmağımız bizim üçün ən önəmli vəzifədir.
Hörmətlə: Elvin Məmmədov

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Qarabagimizi qaytara bilerikmi?




Sayqaç

  • İndi blogda: 12
  • Keçən ayın hiti: 1972
  • Dünənki hit: 60
  • Bugünki hit: 43
  • Ümumi hit: 23458

Müxtəlif

Azərbaycan həqiqətləri

Hər şey vətən üçün

Bu balaca Shebnem balaya yardim edek.

headway Mart 9, 2008 17:32

http://azerigenocide.azeriblog.com/public/blogs/azerigenocide/2008/03/09/dcam0290.jpg

Linke vurun balacanin sheklini gormek ucun

open link for the photo

Salam dostlar bu metn belke de blogun umumi fealiyyet profiline uygun deyil amma Shebnem balamizin saglamligi ucun butun xalqimiz yardim etmelidir. Cunki o bizim geleceyimizdir. Onunda her bir korpe kimi arzulari var. Onunla musahibelerimde onun arzularini sorushdum ve oyrendim ki o boyuyende hekim olmaq ve yardima ehtiyaci olanlara komek etmek isteyir. Ey Turk xalqi gelin bu xeyirxah balamizin arzularini reallashdiraq ve gelecek xeyriyyeci Azeri ovladini saglam boyudek.Shebnemin xesteliyi ile elaqedar beyin iliyi kocurulmelidir. Hal-hazirda onun heyati tehluke altindadir bele ki onun qan yaradici huceyreleri artiq fealiyyet gostermir ve mueyyen muddetden sonra onun heyatini qurtarmaq mumkun olmayacaq. Hal-hazirda ona qan kocurme yolu ikle qan azliginin qarshisini alirlar lakin bu da onun emeliyyati ucun tehlukelidir cnki ne qeder cox qan kocurulerse bu emeliyyatin ugurlu kecmesine tehlukedir.

Dostlar yeqin bir coxunuz 1001 gece turk serialini izlemisiniz ve orda balaca korpenin valideyninin nece perishan oldugunun shahidi olubsunuz. Lakin o bir serialdir bu ise esl heqiqet.Serial ucun kecirdiyiniz tessuf hissinin indi esl yeridir ve oz qelbinizin sesine qulaq asib yardim edin.

Dostlar Sizden bir ricam budur ki imkan daxilinde her birimiz 1 manat ayiraq ve yaxinliqdaki banka daxil olub bu hesaba yatiraq. Heyatda yaxshiliq edib onun evezini gormek kimi mustehib emel yoxdur. Gelin xeyirxah emellerimizle dunyani gozelleshdirek.

Shebnem balamizin bank rekvizitleri ashagidadir. Bu rekvizitleri yazin ve banka teqdim edib her biriniz 1 manar kocurun. Dostlar artiq bu aksiyada Baki Dovlet Universitetinin Huquq fakultesinin 1269 sayli qrupu bashlamish ve yigilmish meblegi Shebnemin ailesine teqdim etmishler. Sizde bu emelden ornek goturun.

Texnikabakn ASC-nin Inshaatcilar filiali
VOEN: 9900000681
Kod: 509620
M/H: 0137010031944
SWIFT: TECIAZ 22 AZN
Beneficiary/Vesaiti alan
Serdarli Shebnem Mushfiq qizi
H/h: 38010013160001  AZN
Dear friends this girl needs your helps. She is 11 years old and she need transplantation of brain marrow. But this operation is very expensive and it must be abroad in Deuchtland or Turkey. In Moscow its also possible. We must help to her. If everybody will grant 1 dollar we can save her life. Our human mission is to help each other when somebody needs it. Lets go to the nearly bank and grant 1 dollar for her life. I send her photos.
Her bank account is below
Technikabank OJSC-nin Inshaatcilar branch
VOEN: 9900000681
Kod: 509620
M/H: 0137010031944
SWIFT: TECIAZ 22 AZN
Beneficiary/Vesaiti alan
Serdarli Shebnem Mushfiq qizi
Account: 38010013160001  AZN
Hormetle: Elvin Memmedov
Baku State University
International Relation.
+994 70 347 49 07
Şərhlər(0) Baxış sayı:76 Mart 9, 2008 17:32 yardim 

Dağlıq Qarabağın tarixi keçmişi,danılmaz faktları (erməni mənbələrində) /(Aygun Semedzade bu blogun inkishafinda yardimina gore blogun fexri qonaghi adina layiq gorulur)

headway Fevral 5, 2008 14:52

  Dağlıq Qarabağın tarixi keçmişi,danılmaz faktları

(erməni mənbələrində)

Dağlıq Qarabağın tarixi keçmişinə nəzər saldıqda müəyyən olur ki, bu ərazi Azərbaycan adlı bir məmləkətin əzəli və əbədi torpaqlarıdır. Belə ki, Urartu mənbələrində Qarabağın qərb hissəsi Urtex-Urtexini adlandırılmışdır. Bu ərazinin sonrakı adı olan Artsax Urtexidən əmələ gəlmişdir. Artsax isə bu ərazinin erməni adı deyil, ehtimal ki, Artsax İran mənşəlidir və dünyanın qərb hissəsi deməkdir. Yerli mənbələrdə bu ərazi Albaniyanın ərazisi kimi göstərilir, əhalisi isə utilər, sodilər, aynianlar olduqları təsdiqlənir. Hətta Udinlər özləri I Pyotrun adına göndərdikləri məlum məktubda yazırdılar, "biz ağqanlarıq və milliyyət etibarı ilə utilərik". A.C.Mnatsakanyan öz əsərlərində belə göstərir ki, udinlər erməni tayfalarından biridir və onların doğma dili hox qədim zamandan bəri erməni dili olmuşdur. Bu problemin böyük bilicisi İ.M.Dyakonov belə hesab edir ki, "qədim erməni dili Ermənistan yaylasının yerli əhalisinin dillərinə qohum olmadığından ... aydındır ki, o dil buraya kənardan gətirilmişdir". Başqa bir yerdə o yazır ki, erməni dilinin əcdadının ilkin daşıyıcıları Ermənistan yaylasına sinfi cəmiyyət tanımayan, yardımçı əkinçiliyi olan səyyar maldarlar kimi gəlmişlər. Mənbələrdə gəstərilir ki, ermənilər bu ərazilərə Zaqafqaziya Artaksiyanın və Zondiyanın işğalçılıq müharibələri dövründən sonra yəni b.e.ə. II əsrdən sonra gələ bilərdilər. Əlbəttə erməni etnosu bu ərazilərdə əmələ gəlməmişdir. Onlar Yuxarı Fərad vadisi zonasında, təxminən b.e.ə. I minilliyin I yarısında təşəkkül tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alsaq bu nəticəyə gəlmək olar ki, sözü gedən dövrdə Artsaxın əhalisi albanlar, ərazisi isə alban torpaqlarıdır. Bu faktı Leo, S.T.Yeremyan, A.Q.Sukiasyan təsdiq edir və yazırlar ki, Albaniyanın Sag sahili - Artsax və Utik vilayətləri əsl alban torpaqlarıdır. I əsrin əvvələrində roma-sasani müharibələri dövründə Albaniya öz müstəqilliyini qoruyub saxlamışdır. Bu məharibələr dövründə Qarabağın ərazisi etnik və siyasi cəhətdən suveren Albaniya çarlığının ubiya-alban hissəsi olaraq qalmışdır. Bu ərazinin müstəmləkələşdirilməsi və erməniləşdirilməsi daha sonrakı hadisədir. İndiki Dağlıq Qarabağın erməni feodalları tərəfindən işğalı haqqında akad. İ.A.Orbelidə yazmışdır. Əhalisinin "erməniləşməsi" haqqında isə akad. S.T.Yeremyan yazmışdır. Dağlıq Qarabağın ərazisi siyasi cəhətdən I əsrdə tamamilə alban ərşaqidlərinə, VII-VIII əsrlərdə isə böyük knyazlara miranidlərə tabe idi. VIII əsrdə ərəb işğalının nəticəsində alban çarlığı süqut etdi. Bu dövrun, erməni kilsəsinin fəal iştirakçısı olduğu faciəli hadisələri alban etnosunun tədricən pozulmasının və Dağlıq Qarabağ ərazisinin əhalisinin bir hissəsinin qriqorianlaşdırılmasının, sonralar isə hətta erməniləşdirilməsinin başlanğıcını qoymuşdur. Lakin alban etnosu yaşayırdı, hətta IX əsrdə Albaniya çarlığı qismən, özü də Artsaxın ərazisində bərpa edilmişdir. XII-XIII əsrlərdə Artsax və Utiyə zonasında "Qədim Albaniyanın bir hissəsi olmuş Xaçın knyazlığının ucaldığını akad. İ.A.Orbelidə təsdiqləyir. Hökmdarı həmçinin "Albaniyanın çarı" Albaniyanın ucrqarlarının sahibi adlanan bu knyazlığın parlaq inkişafı Həsən Cəlalın (1215-1261) vaxtına təsadüf edir. Məhz onun vaxtında sonralar "Albaniyanın paytaxt kilsəsinə çevrilmiş Qonzasar monastır kompleksi tikilmişdir. Orta əsrlər dövründə Dağlıq Qarabağ zonası Qarabağ bəylərbəyliyinin tərkibinə daxil idi. Sonralar XVIII-XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibinə daxil olmuşdur. Dağlıq Qarabağın sonradan əhalisinin bir qisminin erməniləşdirilməsini erməni məəllifi S.T.Yeremyan da təsdiq edir. II rus-iran məharibəsi dövründə (1826-1828) rus ordusunun qələbəsinin heç bir şübhə doğurmadığı bir vaxtda X.B.Lazarev çar hökumətinə bir layihə təqdim etmişdir. Həmin layihəyə uyğun olaraq 1828-ıi il martın 21-də I Nikolayın fərmanı ilə "Erməni vilayəti" adı altında bir inzibati vahid yaradıldı. Rusiya ilə İran arasında imzalanmış Tərkmənçay müqaviləsinə əsasən ermənilər bu ərazilərə sərbəst gəlib məskunlaşa bilərdilər. Həmin vaxtlarda Qarabağda əsl Azərbycanlı əhali heç bir şübhə olmadan erməni əhalisi deyiləndən xeyli çox idi. 1810-cu ilin rəsmi məlumatına gərə "Qarabağ vilayətində" 12000 ailəlik əhali olmuşdur. Bunların içərisində də 2500 erməni ailəsi var idi. Bu məlumat 1979-cu il Yerevanda nəşr olunmuş "Присоединение васточной Армении к России" (I сild. s.562) təsdiq olunur. Qarabağın erməni məliklərinə gəldikdə isə onlar əslində dünənki albanlar idilər. Qarabağ məliklərinin soy adlarından heç biri əslzadə (naxarar ) erməni nəsillərinə gedib çıxmır. Onlar öz mənşəyi etibarilə erməni olmayan yerli feodallar idi. Hələ XIX əsrin I rübünün sonunda Qarabağda ermənilər mətləq azlığı təşkil edirdilər. "Qarabağ əyalətinin" 1823-cü ildə həqiqi statski müşavir Maqilyovski və palkovnik Yermolov təfindən tərtib edilmiş təsvirinin Tiflis 1866-cı il məlumatına gərə Qarabağ xanlığında 90.000 sakin olmuş bir şəhər və 600-dən bir qədər artıq kənd mövcud olmuşdur ki, bunlardan da cəmisi 150-si erməni kəndi idi. Şuşada azərbaycanlılardan və 474 ermənidən ibarət təxminən 1048, kəndlərdə isə müvafiq olaraq 12,902, və 43,311 əhali yaşamışdır. Bütün bunlar da Nadir şah (XVIII əsrin 30 illərində) İranın Xorasan vilayətinə köçürülmüş, Qarabağın azərbaycanlı elatlarına amansız divan tutulduqdan sonra bu cür olmuşdur. Yuxardakı faktları V.İşxanyan da təsdiqləyir. Beləki o, "Народности Кавказа" (Petroqrad,1916-ıı il) əsərində yazırdı. Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi oborigenlərdirlər, qədim albanların nəsilləridir. Onlar üçün Azərbaycan torpağı təqiblərdən və təhdidlərdən qorunmaq üçün sığınacaq olmuşdur. 1978-ci ildə keçmiş Mardakertdə ermənilərin Azərbaycanın bu rayonuna köçürülməsinin 150 illiyi münasibətilə abidə qoyulmuşdur.

 

Rövşən Allahverdiyev

 ₪ Sənədin sonuncu korrektə tarixi: 27/9/2006 - 6:38:18

Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Şərhlər(0) Baxış sayı:82 Fevral 5, 2008 14:52 dağlıq qarabağın tarixi keçmişi,danılmaz faktları 

  Yazılar cəmi: 4    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com