Reklam verin!

Menu


Blog Haqqında

introduction
headway
Blog-u yaratmaqda əsas məqsədim Qarabağ həqiqətlərindən xəbərsiz olan ictimai kütləni maarifləndirmək və bu maarifçilik ideyalarına bir az siyasi yönüm verməkdir. Belə ki, gənc olaraq başa düşməliyik ki, artıq bu problemin həlli bizim çiyinlərimizə yəni öhdəliyimizə düşür. Ona görə də bu sahədə yetərli məlumatlı olmağımız bizim üçün ən önəmli vəzifədir.
Hörmətlə: Elvin Məmmədov

Axtarış

search

Arxivlər

archives

Qabaqki yazılar

Sorğu

/question Qarabagimizi qaytara bilerikmi?




Sayqaç

  • İndi blogda: 29
  • Keçən ayın hiti: 1972
  • Dünənki hit: 60
  • Bugünki hit: 62
  • Ümumi hit: 23477

Müxtəlif

/ various

Azərbaycan həqiqətləri

Hər şey vətən üçün

Dağlıq Qarabağın tarixi – siyasi mənzərəsi: milli – etnik münaqişənin kökləri (materialin gonderilmesine gore Aygun Semedzadeye oz adimdan ve oxucularin adindan minnetdarlighimi bildirirem)

headway Fevral 5, 2008 14:44

 

Dağlıq Qarabağın tarixi – siyasi mənzərəsi:
milli – etnik münaqişənin kökləri

 

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Ərazisi 4,4 kv.km yaxud
Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edir. Vilayətin tərkibinə
Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə,Martuni və Şuşa inzibati rayonları daxildir.
Tarixən Albaniyanın (Arranın), Qarabağ   xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin,
Azərbaycan Sovet Respublikasının və Azərbaycan Respublikasının tərkib hissəsi olmuş,
Azərbaycanın «musiqi akademiyası» kimi məşhur  olmuşdur. Azərbaycan xalqının ən böyük və ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olmuş, öz təbiətinin gözəlliyinə, təbii sərvətlərin zənginliyinə, iqliminin mülayimliyinə görə tarixən bir çox cahangirlərin diqqətini özünə cəlb etmiş, dünyanın məşhur adamları Qafqazın bu dilbər
guşəsi haqqında xoş sözlər söyləmişlər.Lakin yenidənqurma küləkləri bu yerlərdən də
yan keçmədi. Həm də bu küləklər adi küləklər deyildi, onlar yavaş – yavaş əsib tufana
çevrildi və qarşısına gələn hər şeyi  süpürüb atdı. Bu tufanın aparıcı qüvvəsi – erməni millətçiliyi, qurbanı isə Azərbaycanlılar oldu...
Aralıq dənizi ətrafı və Şimali Afrika ilə birlikdə bəşəriyyətin ulu əcdadlarının mövcud
olduğu zonaya Qarabağ da aid edilir. Kür və Araz çayları arasında olan Qarabağda həyat qədim daş dövründən başlayaraq fasiləsiz davam etmişdir. Bunu ölkə ərazisində ən qədim insan məskəni olan Azıx mağarasında aşkar edilmiş maddi mədəniyyət nümunələri sübut edir. Burada sosial varlıq kimi formalaşan insan nəsli ictimai əmək prosesində ovçuluq və yığıcılıqla güzarankeçirmiş, sonralar toplandığı dənli bitkiləri əkməyə, ovladığı heyvanı əhilləşdirib saxlamaqla artırmağa başlamışlar. Qafqaz Albaniyasının tarixini öyrənmədən
Qafqazın, eləcə də bütünlükdə Yaxın Şərqin qədim və ilkin orta əsrlər tarixini təsəvvür
etmək mümkün deyildir. Qafqaz Albaniyası qədim mədəniyyəti və dövləti olan ölkədir. Albaniya həm coğrafi, həm də siyasi anlayış idi. Albaniya dövlətinin mövcud olduğu dövr həm şimali Azərbaycanın, Qafqazın, Yaxın Şərqin tarixində mühüm mərhələdir, çünki Albaniya dünyanın ən qədim dövlətlərindən, albanlar isə tarixi şimali – Azərbaycan və Qafqaz regionunun antik və erkən orta əsrlər mədəniyyətinin əsas yaradıcılarından biridir.
Albaniyada xristianlıq qəbul edilməzdən və  hakim dinə çevrilməzdən qabaq da xalqın öz
yazısı olmuş və ölkədəki müxtəlif dilli qəbilə və tayfalar bir – birlərilə alban dilində ünsiyyət saxlamışlar. Sasanilərlə rəsmi yazışma fars dilində aparılmışdır.Ticarət dili kimi arami (Suriya) dilindən istifadə olunmuşdur. Lakin fars və arami (Suriya) dilləri
silki sinfi dillər idi. Yazılı mənbələrin V – VIII əsr erməni müəlliflərinin və VII – VIII əsr alban tarixçisi Musa Kalankatlının məlumatına görə I – VII əsrlərdə Albaniyanın ərazisi şimalda Qafqaz dağlarının cənubunda Araz çayınadək, qərbdə İberiyadan şərqdə Xəzər dənizinədək uzanırdı. Bütün Albaniya ərazisi təbii sərhədlərlə bir çox rayonlara ayrılmışdı.
İnzibati bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara)
bölünür. Kürün sol sahilində yerləşən (solsahil) Albaniya ərazisi inzibati cəhətdən yalnız
havarlara bölünürdü. Burada bölgü (sağsahil) Albaniyasına nisbətən az inkişaf etmişdi.
Arsax (erməni müəlliflərində) tarixi vilayəti, Orxistepa (antik müəlliflərdə) sağsahil
Albaniyanın ən mühüm vilayətin biri olmuş (hazırda Qarabağın dağlıq hissəsinin və mil
düzünün bir hissəsi), süni suvarmada istifadə edilən əkinçiliyin yüksək inkişafı ilə
fərqlənir. Əhalisi maldarlıqla, quşçuluqla, arıçılıvqla məşğul olur, xırda və iribuynuzlu
mal – qara saxlayırdı. Arsax – Qarabağ cins atları xüsusi şöhrət qazanmışdı. Əyalətin
əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və bassilər təşkil edirdi. Arsax siyasi baxımdan I – VI əsrlərdə alban arşakilərinin, VI – VIII əsrlərdə isə Albaniyanın böyük knyazları – mehranilərin hakimiyyəti altında olmuşdur. Xristianlığın qəbul edilməsinə qədər Arsaxda əhali bütpərəst idi. Xristianlıq Albaniyada dövlət dini olandan sonra bu din Arsaxda da sürətlə yayılmaba başlamışdır. Arsaxda bütpərəstliyin kökünün kəsilməsində
və xristianlığın təşəkkül tapmasında alban hökmdarı III Vaçaqanın xidməti böyükdür.
Siyasi və dini məsələlərdə Albaniyada Arsaxın təsiri böyük idi. Arsaxda bir neçə yepiskopluq yaranmışdı. VII əsrdə ərəblər Albaniyada Mehranilər hakimiyyətini ləğv etdilər və Arsax Albaniyanın tərkibində Əməvilər xilafətinə daxil oldu. IX əsrdə Qriqori Hamama parçalanmış Albaniya dövlətini bərpa edəndə Arsax da Albaniyanın tərkibində idi.
Qriqori Hamamanın ölümündən sonra Arsax vilayət Uti əyaləti ilə birlikdə onun oğlu
Qriqori Hamamanın – Saakın (Sevad) hakimiyyəti  altına keçmişdir. Saakın hakimiyyəti isə XIəsrə qədər davam etmişdir. XII – XIII əsrlərdə Arsaxda Xaçın knyazlığı yüksəliş tapdı ki, onun da hakimi «alban çarı» adı ilə tanınan Həsən Cəlal idi. Xaçın knyazlığı XIII
əsrdə monqol qoşunlarının zərbələri altında süqut etmişdir.
Arsax əhalisi ərəb işğalından sonra da xristianlığı qoruyub saxlamışdır. Erməni
kilsəsi ilə ehkam birliyini (monofizitliyi) qoruyub saxlayan Arsax əhalisi ərəb xilafətinin və
erməni kilsəsinin səyi ilə tədricən qriqorianlaşmış, sonralar erməni dilini və «erməni mədəniyyətini» qəbul etmiş başqa sözlə desək erməniləşmişlər. Əslində bu, X
əsrdən sonra başlamış – mədəni – ideoloci assimilyasiya idi. Bu proses sonralar da davam etmişdir. Qarabağ tarixi – etnoqrafik əyalət kimi əvvəlcə Alban dövlətinin tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə Ərəb xilafətinin əsarəti altına düşmüş,
ərəb imperiyasının süqutundan sonra IX – X əsrlərdə Saçilər dövlətinin, X əsrdə
Salarilər, XI – XII əsrlərdə Şəddadilər, XII – XIII əsrlərdə Atabəy Eldəgizlər, XIII əsrin
ikinci yarısından XVI əsrə qədr Hülakilər (Elxanilər) dövlətlərinin, XV əsrdə Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olmuşdur.
Səfəvilər dövləti – Qarabağ tarixi – etnoqrafik əyalətinin ərazisini əhatə edən
mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyini yaratdı. Bəylərbəyliyin şimal
sərhədi Gürcüstanın Simxet dağlarına çatırdı. 1736-cı ildə Nadir şah onun əleyhinə
çıxış edən Gəncə xan sülaləsini – Ziyadoğlulları cəzalandırmaq üçün Qazax və
Borçalı mahalını Qarabağ Bəylərbəyliyindən alıb Gürcüstana verdi. Mənbələrdən aydın olur
ki, Şəddadilər dövləti bütünlükdə Qarabağ bəylərbəyliyinin ərazisini əhatə etmişdir.
Görünür, ayrı – ayrı dövrlərdə Azərbaycanın dövlət və inzibati əyalət

sərhədləri dəyişsə də özünəməxsus maddi, təsərrüfat və mənəvi mədəniyyəti ilə
xarakterizə olunan Qarabağ bir etnoqrafik əyalət  kimi öz inkişafını – fasiləsiz olaraq davam etdirmişdir. 

XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə – xanlıqlara
parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları
yarandı. Qarabağ Azərbaycanın müxtəlif dövlətlərinin tərkibində olaraq dövrün inzibati bölgüsü çərçivəsində sərhəddini hərdən qismən dəyişsə də özünün ənənəvi təsərrüfatının, maddi və mənəvi  mədəniyyətinin xüsusiyyətlərini yaratmışdır. XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı feodal dövlətinin yaranması onun öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi iqtisadi, siyasi və mədəni tədbirlər Qarabağ tarixi – etnoqrafik əyalətinin sosial – iqtisadi həyatında hərtərəfli yüksəlişə, tərəqqiyə səbəb olmuşdu.
Xanlıq cənub – şərqdən Kür – Araz çayları qovşağı, cənubdan Arax çayı qərbdən
Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağları ilə Göyçə gölə qədər
uzanmış, şimaldan Koran – Kür sayı ilə sərhədlənmişdi. Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi – Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbird, xırdapara Dizax, Otuziki, İyirmidörd,  Qaraçorlu, Vərənd, Dizax və Açantürk. On ikimahalın əhalisi bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət idi. Dizax, Vərənd, Çiləbird, Xaçın, Talış məlikliyi xəmsə adlanırdı. Bunların əhalisinin bir hissəsi xristian idi. Qarabağ özünün maddi və mənəvi
mədəniyyətinin bütün komponentləri ilə tamamilə Azərbaycan xalqına məxsus idi. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki, Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus
çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və
suvarma mədəniyyəti yaranmışdı. Mənəvi mədəniyyətinin ən mühüm sahələrində də tarixən Qarabağ spesifik xüsusiyyətlərə malik olmuşdur. Hələ XVII – XVVIII əsrlərdə Azərbaycan ədəbi dilində ahəng  qanunu məhz Qarabağ dialektinin təsiri ilə ardıcıllaşır. Qarabağ şairlərini birləşdirən «Məclisi – üns» və «Məclisi – faramuş» öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə hətta bütün Şərqdə məşhur idi. Qarabağın baş şəhəri olan Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur.Ermənilərin Qarabağla əlaqəsi və onların burada məskunlaşmağa can atması müxtəlif dövrlərdə Azərbaycanın işğalı zamanı onların yadellilərə göstərdiyi tarixi xidmətləri və dini etiqadları ilə bağlı olmuşdur.

 

  Rəhim Qurbanov

Sənədin sonuncu korrektə tarixi: 27/9/2006 -
6:38:0

Şərhlər(0) Baxış sayı:101 Azeri / Azeri dağlıq qarabağın tarixi  siyasi 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com