Reklam verin!

Menu


Blog Haqqında

introduction
headway
Blog-u yaratmaqda əsas məqsədim Qarabağ həqiqətlərindən xəbərsiz olan ictimai kütləni maarifləndirmək və bu maarifçilik ideyalarına bir az siyasi yönüm verməkdir. Belə ki, gənc olaraq başa düşməliyik ki, artıq bu problemin həlli bizim çiyinlərimizə yəni öhdəliyimizə düşür. Ona görə də bu sahədə yetərli məlumatlı olmağımız bizim üçün ən önəmli vəzifədir.
Hörmətlə: Elvin Məmmədov

Axtarış

search

Arxivlər

archives

Qabaqki yazılar

Sorğu

/question Qarabagimizi qaytara bilerikmi?




Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 1972
  • Dünənki hit: 60
  • Bugünki hit: 37
  • Ümumi hit: 23452

Müxtəlif

/ various

Azərbaycan həqiqətləri

Hər şey vətən üçün

BMT Baş Assambleyasının prezidenti Sırcan Kərim: “İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq” ( 26 Oktyabr 2007 )

headway Dekabr 28, 2007 15:45

BMT Baş Assambleyasının prezidenti Sırcan Kərim:
“İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”
( 26 Oktyabr 2007 )


BMT Baş Assambleyasının prezidenti Sırcan Kərim Harvard Universitetində tələbələrlə görüş keçirib. Harvard Universiteti Kennedi İdarəçilik Məktəbinin magistri Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, görüşdə Sırcan Kərim Kennedi İdarəçilik məktəbi və Harvard Biznes Məktəbinin bir qrup müəllimi və tələbəsi qarşısında “Qloballaşma və xalqların suverenliyi” mövzusunda çıxış edib. Çıxışdan sonra BMT Assambleyanın prezidenti BMT-nin fəaliyyəti və 62-cı sessiyada prioritet təşkil edən məsələlərlə bağlı tələbə və professorları maraqlandıran suallara cavab verib. Azərbaycanlı tələbənin Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın BMT Baş Assambleyasının 62-ci sessiyasının açılışı zamanı öz çıxışında Kosovo münaqişəsinin Dağlıq Qarabağ münaqişəsi üçün presedent kimi göstərməyə çalışması ilə bağlı sualına cənab Kərim belə cavab verib: “BMT Baş Assambleyası quruma üzv olan dövlətinin ərazi bütövlüyünə zərbə vuracaq, onu sual altında qoyacaq heç bir addım atmaz. Bizim mövqeyimiz bundan ibarətdir ki, həm Dağlıq Qarabağ münaqişəsi, həm də GUAM ərazisindəki digər münaqişələr bir-birindən mahiyyətcə fərqlənirlər, onları heç bir vaxt eyniləşdirmək olmaz. Biz inanırıq ki, bu münaqişə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Eyni zamanda Azərbaycan tərəfi də erməni azlığın digər etnik azlıqlarla eyni səviyyədə həmin ərazidə sülh içində yaşaması üçün şərait yaratmalıdır”. BMT Baş Assambleyasının prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların davam etdirilməli olduğunu deyib: “Bu münaqişə iki ölkə arasında həll olunmalıdır. Azərbaycan və Ermənistan rəhbərləri danışıqları davam etdirməli və ortaq nöqtəyə gəlməlidirlər. BMT və ya digər beynəlxalq qurumların bu prosesdə rolu yalnız bu danışıqlarda vasitəçi olmaq, danışıqlar prosesini sürətləndirmək və davam etməsinə təkan verməkdən ibarətdir”. /APA/
Şərhlər(0) Baxış sayı:153 Bölməsiz bmt baş assambleyasının prezidenti sırcan 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com